Neftin qiyməti 40 dollardan aşağı düşdü

  • 11:12 - 25 İyun

Koronovirusun yayılması və ABŞ-ın xammal ehtiyatlarının artması fonunda neft qiymətləri aşağı düşməyə başlayır.

Avropa.info xəbər verir ki, “Brent” markalı neft 0,79% ucuzlaşaraq bir barel üçün 39,98 dollar olub. WTI markalı neftin avqust fyuçersləri isə 0,63% azalaraq 37,77 dollardan satılıb.

Qeyd edək ki, ABŞ Energetika Nazirliyinindünən neft ehtiyatlarının son həftə 1,4 milyon barel artmasını açıqlamasından sonra qiymətlər enməyə başlamışdı.


Oxunma sayı: 9417

Oxşar yazılar