İngiltərə klubunun stadionunda Ben Ladenin portreti peyda oldu

  • 00:04 - 25 İyun

Futbol İngiltərə Çempionşipində çıxış edən "Lids" klubu qalmaqalla üzləşib.

Aropa.info report-a istinadən xəbər verir ki, "ağlar"a məxsus "Elland Roud" stadionunda terrorçu "Əl-Kaida" təşkilatının lideri Usama Ben Ladenin portreti peyda olub. Klub dərhal Ben Ladenin fotosunu tribunadan götürüb və bir daha təhqiramiz təsvirlərin yer almasına imkan verməyəcək.

Qeyd edək ki, Çempionşipin oyunları koronavirus pandemiyası üzündən azarkeşsiz keçirilir. Klublar fanatlara özləri və ya yaxınlarının fotolarını yerləşdirməyi təklif ediblər.   


Oxunma sayı: 11496

Oxşar yazılar