Müğənni Alişan ailəsi ilə birgə avtomobil qəzasına düşdü

  • 17:42 - 24 İyun

Avtomobillə İstanbuldan İzmirə gedən türkiyəli müğənni Alişanın avtomobili İzmir-İstanbul trasında Çərkəzosmaniyə məhəlləsi yaxınlığında qəzaya uğrayıb. 

Avropa.info xəbər verir ki, hadisə avtomobilin sağ arxa təkərinin oxunun qırılması nəticəsində baş verib. Baryerlərə çırpılan avtomobil 30 metr sürüklənib. 

Avtmobildə olan arvadı Busə Varol və oğlu Burak (2 yaş) yara almadan xilas olub. Ailənin əcnəbi dayəsi isə hadisə yerinə gələn təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

Yolda gedərkən nə baş verdiyini anlamadan maşının baryerlərə çırpıldığını bildirən Alişan jurnalistlərə bu açıqlamanı verib:

“Böyük şok keçirdik, ölümdən qayıtdıq. Həyatımda ilk dəfə qəza törədirəm. Veriləcək sədəqəmiz varmış. Sonra gördük ki, avtomobilin oxu qopub. Belə bir maşında bu necə baş verə bilər heyrətlənirəm. Böyük şok keçirdik”.


Oxunma sayı: 11903

Oxşar yazılar