Türkiyə PUA-ları Suriya və Liviyada düşmənin hərbi texnikasını darmadağın etdi - Elxan Şahinoğlu Azərbaycanın Türkiyədən PUA alacağı xəbərləri haqda

  • 16:39 - 24 İyun

Azərbaycan Türkiyədən "Bayraktar TB2"  markalı pilotsuz uçan döyüş dronları (PUA) alacaq.

Avropa.info xəbər verir ki, bu haqda TRT World -ın saytı xəbər yayıb.

Rəsmi Bakının Ankaradan pilotsuz uçan döyüş dronları alacağı haqda xəbərləri Avropa.info-ya şərh edən politoloq Elxan Şahinoğlu Türkiyənin hərbi sənaye kompleksinin son 10 ildə xeyli inkişaf etdiyini deyib:

"Türkiyənin hərbi sənaye kompleksi son 10 ildə xeyli inkişaf edib. Türkiyənin keçmiş illərdən fərqli olaraq hərbi texnikanın əsas hissəsini başqa ölkələrdən almasına ehtiyacı yoxdur. Türkiyə ona lazım olan müasir silahların və hərbi texnikanın əksər hissəsini özü istehsal edir. Bu sırada Türkiyənin pilotsuz uçuş aparatlarını qeyd etmək olar. Bu aparatlar özlərini 3 savaşda göstərib. Türkiyə ordusu hazırda gücünü İraqda, Suriyada və Liviyada göstərir və həmin pilotsuz uçuş aparatları hədəfləri yüksək səviyyədə neytrallaşdırırlar.  

Rusiya dünyada yüksək keyfiyyətli hərbi texnikanın istehsalına görə ilk sıralardadır. Türkiyənin pilotsuz uçuş aparatları Rusiyanın Suriya və Liviyadakı hərbi texnikalarını darmadağın edib. Bunun özü Türkiyənin hərbi və hərbi sənayenin inkişafı sahəsində necə irəlidə olduğunu göstərir və Türkiyənin bu uğurları başqa dövlətlərin diqqətini çəkir. Türkiyədən hərbi texnika almaq istəyən dövlətlərin sayı artıb. Bu mənada Azərbaycanın da Türkiyədən “Bayraktar TB2” markalı pilotsuz uçan döyüş dronları alacağı xəbəri adi deyil. 

Müdafiə naziri son müsahibəsində qardaş ölkədən həmin silahları alacağını bildirib. Türkiyə bundan başqa silahların və hərbi texnikanın alınması üçün Azərbaycana gərəkli kredit də təklif edir. Bu da Azərbaycan üçün vacibdir. Yəni Azərbaycan Türkiyədən aldığı kredit hesabına qardaş ölkənin hərbi texkiasını alacaq. Yəni maliyyə baxımdan da bu bizim üçün çox sərfəlidir."


Oxunma sayı: 39392

Oxşar yazılar