Azərbaycan Türkiyədən "Bayraktar TB2" PUA-ları alır : Suriya və Liviyada uğur qazanmışdı

  • 11:31 - 24 İyun

Azərbaycan Türkiyədən "Bayraktar TB2"  markalı pilotsuz uçan döyüş dronları (PUA) alacaq.

Avropa.info xəbər verir ki, bu haqda TRT World -ın saytı xəbər yayıb. 

Xəbərdə qeyd olunur ki, Azərbaycanın müdafiə naziri, general Zakir Həsənov  ölkə telekanallarından birinə müsahibəsində jurnalistin, "Türkiyə istehsalı olan silahlı pilotsuz uçan aparatlar Suriya və Liviyada uğurlu oldu, Azərbaycanın bu PUA-lardan almaq niyyəti varmı?" sualına belə cavab verib: "Bu istiqamətdə işlər davam edir və artıq nəticəyə gəlinib”. 

Nazir Z.Həsənov qardaş Türkiyənin, eyni zamanda, hərbi sahədə Azərbaycana maliyyə yardımı etdiyini, Milli Məclisin yaxınlarda bu mövzuda məsələni təsdiqlədiyini də qeyd edib. 

Qeyd edək ki, Türkiyə PUA-ları Suriya və Liviyada həyata keçirələn əməliyyatlardakı uğurlu nəticələri ilə dünyanın diqqətini çəkib. 


Oxunma sayı: 34244

Oxşar yazılar