Ağstafada çətənə becərən şəxs saxlanıldı – Foto

  • 17:37 - 23 İyun

Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan Avropa.info-ya verilən məlumata görə, iyunun 23-də Ağstafa RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Göycəli kənd sakini 36 yaşlı Vaqif Mehdiyevə məxsus evin həyətyanı sahəsində xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə - Kannabis bitkiləri aşkarlanaraq götürülüb. Hal şahidlərinin iştirakı ilə həyətyanı sahəyə baxış zamanı oradan 30 ədəd ümumi çəkisi 5.675 kq olan çətənə kolu aşkar olunub.

Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim edilib. Dindirilmə zamanı V.Mehdiyev onu şəxsi istifadəsi üçün becərdiyini bildirib. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Ağstafada çətənə becərən şəxs saxlanılıb (FOTO) - Gallery Image
Ağstafada çətənə becərən şəxs saxlanılıb (FOTO) - Gallery Image
Ağstafada çətənə becərən şəxs saxlanılıb (FOTO) - Gallery Image
Ağstafada çətənə becərən şəxs saxlanılıb (FOTO) - Gallery Image

Oxunma sayı: 11672

Oxşar yazılar