İctimai nəqliyyat və taksi xidmətlərinin hərəkətinə icazə verilir

  • 18:10 - 19 İyun

Sərtləşdirilmiş karantin rejimində ictimai nəqliyyat və taksi xidmətlərinin hərəkətinə icazə verilir.

Bu barədə Baş Nazir Əli Əsədovun "Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə" imzaladığı qərarda bildirilib.

Qərara əsasən, nəqliyyat və logistika sahəsi üzrə fəaliyyətinə icazə verilən sahələr aşağıdakılardır:

3.1.hava, dəniz, dəmir yolu və avtomobil nəqliyyatı ilə yük daşımaları;

3.2.dəmir yolu, dəniz gəmiçiliyi, liman və avtomobil yolları xidmətləri;

3.3.logistika xidmətləri;

3.4.ictimai nəqliyyat və taksi xidmətləri.


Oxunma sayı: 14400

Oxşar yazılar