Həbib Nurməhəmmədovun koronovirus xəstəsi atası özünə gəlir

  • 17:41 - 19 İyun

Yüngül çəkidə çempion Həbib Nurməhəmmədovun atası Əbdülmanap Nurməhəmmədov özünü yaxşı hiss edir.

Avropa.info xəbər verir ki, məlumatı Həbibin məşqçisi Xavyer Mendes verib.

“Üç gün əvvəl Həbib atasının vəziyyətinin yaxşılaşması və sağalmağa doğru getdiyi haqda mesaj atmışdı. Bundan sonra biz onun daha bir tanışı ilə əlaqə saxladıq, o, Əbdülmanapın artıq koronovirus xəstəsi olmadığını dedi. Onun bir vaxtlar keçirdiyi ürək əməliyyatı ilə bağlı çətinliyi vardı” – Mendes yazıb.

Xatırladaq ki, 57 yaşlı Əbdülmanap Nurməhəmmədov 25 apreldə pnevmoniya diaqnozu ilə Dağıstan xəstəxanalarının birinə yerləşdirilmişdi.

3 mayda isə vəziyyəti pisləşən Nurməhəmmədovu Moskvaya çatdırmışdılar. Həbibin atasının koronovirus diaqnozu müsbət çıxmışdı. Vəziyyəti ağır olaraq qiymətləndilir. 


Oxunma sayı: 20604

Oxşar yazılar