Azərbaycanın bir sıra şəhər və rayonlarında 14 günlük ciddi karantin rejimi tətbiq olunur - Rəsmi

  • 18:53 - 18 İyun

Ölkədəki epidemioloji vəziyyət təhlil olunub və xüsusi karantin rejiminin avqustun 1-dək uzadılmasına qərar verilib.

Avropa.info xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi, Operativ Qərargahın üzvü Leyla Abdullayeva Operativ Qərargahın bugünkü brifinqində deyib.

“21 iyundan 5 iyuladək ölkə ərazisində ciddi karantin rejiminin tətbiq olunması qərara alınıb. Bakı, Abşeron, Sumqayıt, Cəlilabad, Masallı, Yevlax və Gəncə şəhərlərində ciddi karantin rejimi tətbiq olunacaq”.

O bildirib ki, SMS icazə sistemi yenidən bərpa olunacaq:

“Ticarət mərkəzlərinin fəaliyyəti, ictimai iaşə müəssisələrində müştərilərə yenidən xidmətlər dayandırılacaq. Eyni zamanda bərbərxanalar, gözəllik salonları fəaliyyətini dayandıracaq. Açıq havada idman oyunları dayandırılır”.

Leyla Abdullayeva əlavə edib ki, idman zallarının fəaliyyətinin bərpası, teatrların, dini ritual mərasimləri, qapalı məkanlarda yas xidmətlərinin təşkili ilə bağlı qadağalar qüvvədədir:

“Eyni zamanda 65 yaşdan yuxarı yaşlı şəxslərdən zəruri olmadığı halda evdən çıxmamağı tövsiyə edirik”.


Oxunma sayı: 22232

Oxşar yazılar