İlham Əliyev bu gün “Şərq Tərəfdaşlığı” sammitində iştirak edəcək

  • 12:20 - 18 İyun

Azərbaycan prezidenti İlham Əliyev bu gün “Şərq Tərəfdaşlığı”nın videokonfrans formatında keçiriləcək sammitində iştirak edəcək.

Avropa.info xəbər verir ki, sammitdə 27 Avropa ölkəsinin rəhbəri və “Şərq Tərəfdaşlığı”na üzv 6 ölkənin (Azərbaycan, Ermənisran, Moldova, Gürcüstan, Ukrayna, Belarus) dövlət başçıları qatılacaq.

Avropa İttifaqının yüksək çinli məmuru bir neçə gün öncə, mətbuata açıqlamasında sammitdə 3 əsas məsələnin: koronavirus pandemiyası ilə mübarizə, “Şərq Tərəfdaşlığı”nın strateji önəmi və bu proqramın uzaq perspektivdəki planlarını müzakirə olunacağını söyləyib.

“Şərq Tərəfdaşlığı” proqramı İsveç və Polşa xarici işlər nazirləri Karl Bildt və Rodoslav Sikorskinin təşəbbüsü ilə 2008-ci ilin mayında yaradılıb. Proqram rəsmən 2009-ci il mayın 7-dən fəaliyyətdədir. “Şərq Tərəfdaşlığı” proqramının məqsədi 6 postsovet respublikası ilə Avropa Birliyi arasında münasibətlərin inkişaf etdirilməsidir.


Oxunma sayı: 13971

Oxşar yazılar