UEFA yeni qaydalarını açıqladı – ÇL və Avropa Kuboku finalları bu formatda keçiriləcək

  • 11:23 - 18 İyun

Koronovirus pandemiyası ilə əlaqədar təxirə salınan UEFA finalları haqda qərar verilib.

Avropa.info xəbər verir ki, UEFA prezidenti Aleksandr Cefer çıxışında “Təxirə salma qərarı çox cəsarətli idi. Bu qərar verilməsəydi, matçların başa çatması mümkün olmayacaqdı. Bütün futbol ictimaiyyəti birləşdi və matçların yenidən başlaması üçün səy göstərdi” deyib.

UEFA prezidentinin müavini Corcio Marçetti UEFA Çempionlar Liqasının qalan oyunlarının 8-lik final formatında Lissabonda oynanılacağını deyib.

2020-2021 mövsümü Çempionlar Liqasının finalı isə İstanbulda keçiriləcək. Sonrakı illərdə keçiriləcək finallar isə bir sonrakı ilə keçiriləcək.

Çempionlar Liqası və UEFA Avropa Liqası ilə verilən qərarlar:

- Çempionlar Liqasının son 16 matçı daha əvvəldən planlanan stadionlarda oynanılacaq. Dörddə bir final üçün keçiriləcək “Final 8” Lissabonda oynanılacaq  və matçlar 12 avqustda başlayacaq. Qarşılaşma matçları bir dəfə keçiriləcək və final 23 avqustda oynanılacaq.

- 2020 Çempionlar Liqası və UEFA Avropa Liqası finalının azarkeşli, yaxud azarkeşsiz oynanılması ilə bağlı qərar iyul ayının ortası müəyyən ediləcək.

- ÇL-nın gələn mövsümünün seçmə mərhələsi bir oyundan ibarət olacaq, play-off matçları isə iki qarşılaşmada müəyyən ediləcək.

- Gələcək mövsümün ÇL qrup matçları 20 oktyabrda başlayacaq.

- 2020 UEFA Super Kuboku finalı  Portoda deyil, 24 sentyabrda Budapeştdə keçiriləcək.

- Avropa Liqası dörddə bir finalları, yarımfinalları və finalı Almaniyanın Köln, Duysburq, Düsseldorf və Gelzenkirxen şəhərlərində 10-21 avqust  tarixlərində keçiriləcək. Bütün matçlar tək qarşılaşmada müəyyən ediləcək və final oyunu Kölndə keçiriləcək.

Avro2020 finalını qəbul edəcək 12 şəhər yenidən təsdiq olunub. Bu yay üçün təsdiq olunan matç təqvimi gələcək ilə daşınacaq. Avro2020  çempionatı 2021-ci ilin 11 iyununda başlayacaq, 11 iyulda başa çatacaq.


Oxunma sayı: 28304

Oxşar yazılar