AVRO-2020: UEFA təşkilatçı şəhərləri təsdiqlədi

  • 19:07 - 17 İyun

UEFA AVRO-2020-nin keçiriləcəyi şəhərlərin adlarını açıqlayıb. 

12 təşkilatçı şəhərin siyahısında dəyişiklik baş verməyib.

Koronavirus pandemiyasına görə təxirə salınan AVRO-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi edəcək. Oyunları 2021-ci il iyunun 11-dən iyulun 11-dək təşkil olunacaq.

*** 17:11

AVRO-2020-yə ev sahibliyi edəcək şəhərlərin siyahısında dəyişiklik olmayacaq.

"Report"un "Sky Sports"a istinadən məlumatına görə, bununla bağlı qərar UEFA İcraiyyə Komitəsinin bugünkü iclasında qəbul olunub.

Qitə futbol qurumu oyunların keçiriləcəyi 12 şəhəri təsdiqləyib.

Qeyd edək ki, koronavirus pandemiyasına görə təxirə salınan AVRO-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir. Turnirin oyunları 2021-ci il iyunun 11-dən iyulun 11-dək təşkil olunacaq.

Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.


Oxunma sayı: 13762

Oxşar yazılar