"Zərdablılar qanunpərəst və zəhmətkeş insanlardır, bu sadəcə iki suallıq test idi" - Gülər Əhmədova qalmaqallı statusu haqda yazdı

  • 15:18 - 17 İyun

Sosial şəbəkə üzərindən status yazıldı: Zərdabda oğurluq çoxdur, yoxsa cibgirlik?
Facebook, 13 iyun saat 11.29
 

Sadəcə, reaksiya yoxlaması idi, vəssalam. 
 

Formatından asılı olmayaraq, məqsəd ölkənin ən sakit camaatının sinir dözümlülüyü və psixologiyasının ikicə suallıq test edilməsi idi.
Əslində, zərdablılar, mənim müşahidələrimə görə, qanunpərəst, dövlətçiliyə sadiq və zəhmətkeş insanlardır. Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin işıqlı və maarifpərvər ruhunun təvazökar, əfəndi xarakterinin çalarlarını hər zaman özlərində daşıyan adamlardırlar.
 

 Elmlə maraqlanan insanlar üçün bu hadisə təəccüblü deyil. Çünki əsrlərdir bir çox alimlər onları maraqlandıran tədqiqatları öz üzərilərində keçirməkdən çəkinməyiblər.
 

Məsələn, Lui Paster, Cozef Qoldberqer, Rodjer Smit, Avqust Bir STROM, Talızin Stark, Alen Bombar, Nobel mükafatçıları Verner Forsman Uorren və Marşall. 
Mənim Nobel mükafatına iddiam yoxdur, bu sadəcə xatırlatma idi.
 

O üzdən keçək ikinci suala. Niyə məhz Zərdab və zərdablılar!?
 

Yuxarıda da qeyd etdiyim kimi, Zərdab Azərbaycanın, belə demək mümkünsə, nəfsi tox, yəni maddiyyata aşırı könül verməmiş adamlarından ibarət, sadə camaatı olan rayonudur. 

Aydın məsələdir ki, bu rayonda insanlar nə oğurluqda, nə də cibgirlikdə ad çıxarıblar. Məhz bu keyfiyyətləri ilə “seçilən” bölgələrimiz təbii ki, var. Amma bu yüz faiz Zərdab və zərdablılar deyil. Ümumiyyətlə, insan qarşısında gücsüz qaldığı problemin həlli üçün kompensator olaraq daha zəif pozisiyalara aqressivlik nümayiş etdirərək, öz eqosunu isbatlayır. Məsələn, rəisi tərəfindən alçaldılmış kişi öz eqosunu evdə həyat yoldaşı və övladları üzərindən sübut etməyə çalışır. 
 

Nəticə:

Əslində, nəticəni burada yazmaq elmi-təcrübə baxımdan düzgün olardı. Hələ məni adi maarifləndirici sual verdiyimə görə təhqir edən, aşağılayan, kobud şərhlər yazan şəxslərə də “al gəldi” kimi cavablar qaytarmaq mümkün idi. Lakin olmazdı. Çünki adi bir suala görə bu qədər emosional davranmış adamlar mənim həmyerlilərim, azərbaycanlılardır. Hamısına da böyük məhəbbətim var. Üstəlik etik baxımdan heç kimi müzakirə etmək psixoloji durumunu bu yazıya çıxarmaq kimi də fikrim yoxdur.
 

Əminəm, bu statuslarla bağlı yazdıqlarına baxıb hər kəs müəyyən nəticələr çıxaracaq. Bu arada Məhsəti Şərif Özyürəki, Jalə Mütəllimovanı, Seyfi Həsənovu, Xəyyam Qəribi və bəlkə hansısa səbəbdən gözümdən qaçmış tolerantlıq nümayiş etdirən dostlarımı təbrik edirəm. İntuisiya məntiq emosianal stabillik baxımından bəxti gətirmişlərdənsiniz.
 

PRİTÇA

Bir sufi pritçasında deyilir, gənc bal arısı, adi arılara baxıb düşündü ki, onlara gül-çiçəyi tozlandırıb, bal istehsal etməyi öyrətsə, həyatları gözəlləşər. Bunu eşidən yaşlı bal arısı onu bu fikrindən daşındırmağa çalışaraq, onların, bal arılarına düşmən kəsildiyini deyir. Məsləhət bilir ki, onlara yaxınlaşmasın. Gənc bal arısı xeyirxahlıq etmək istəyir. Üst-başına xeyli sarı rəngli polen yapışdırıb, özünü adi arılara bənzədir, onların yanına uçur. Arılar onu özününkü kimi qəbul edir və bal arısına qulaq asıb bal istehsal etməyə başlayırlar. Xeyli işləyib müəyyən miqdarda bal əldə edirlər. Çox işlədiyinə görə bal arısının üzərində olan sarı rəngli polen toz olub uçub getmişdi. O, bunu hiss etməsə də arılar onu tanımışdı. Hərə bir tərəfdən hücum etdib bal arısını öldürdü. Sonra yığdıqları bala baxıb fikirləşdilər, bizdən olmayan birinin öyrətdiyi iş nəyimizə lazımdır.Yığdıqları balı da məhv etdilər.

Gülər Əhmədova Milli Məclisin keçmiş deputatı

Avropa.info    


Oxunma sayı: 25928

Oxşar yazılar