""Üst ağıl" milli dövlətləri çökdürmək və rəqəmsal sistemə keçmək üçün böyük xaos planı hazırlayır" - Məşhur strateji araşdırmaçıdan xəbərdarlıq
- 15:01 - 09 İyun
Türkiyəli strateji araşdırmaçı Abdullah Çiftçi ABŞ-da qarşısı alına bilinməyən etiraz aksiyaları ilə bağlı maraqlı açıqlamalar verib.
Avropa.info xəbər verir ki, Beyaz TV-də “Nə var, nə yox” proqramının qonağı olan Abdullah Çiftçi şərti olaraq "üst ağıl" adlandırılan qlobalistlərin Türkiyədə də fəaliyyətə keçəcəyini deyib.
“ABŞ-dakı hadisələrin Türkiyədə baş vermə ehtimalı var. “Olacaq” demirəm. Türkiyədə də belə oyun ola bilər. Amma Türkiyə belə məsələlərdə təcrübəlidir. Başımıza nələr gəlmədi ki? Hər yolu sınayacaqlar. Çünki milli dövlətlərdəki ictimai qaydalar çökmədən rəqəmsal dünya sisteminə keçilə bilməz. Çin keçdi. Avropa və ABŞ-da böyük hadisələr baş verəcək. Dediyim ki, Türkiyədə də sınaqdan keçiriləcək. Xalqımız təcrübəli, məncə bacar bilməzlər” – Abdulla Çiftçi qeyd edib.
Gələn ilin əvvəlinədək doğru dünyada böyük xaosun meydana gələcəyini qeyd edən Çiftçi “Bir "üst ağıl" Türkiyənin üzərində olacaq. Hazırda dediklərim elə də mənalı olmaya bilər, amma gələn ilin əvvəlində fərqli sosioloji vəziyyət ortaya çıxacaq. Diqqətli olmaq lazımdır”.