50 yaşlı diaspor lideri Məhsud Məmmədov koronavirusdan öldü - "Azərbaycanlılar üçün böyük itkidir..."

  • 01:05 - 08 İyun

Rusiya Azərbaycanlıları İttifaqının Tula vilayəti üzrə nümayəndəsi Məhsud Məmmədov yeni növ koronavirusdan dünyasını dəyişib. Bu barədə  təşkilatın vitse-prezidenti Elnur Hüseynov məlumat verib.

"Məhsud Məmmədovun rəhmətə getməsi Rusiya Azərbaycanlıları İttifaqı üçün böyük itkidir. O, fəal diaspor sədri olmaqla yanaşı, həm də vətənpərvər, vətənini, millətini düşünən bir insan idi. Onun ölümü bütün diasporumuzu sarsıtdı. Təşkilatın Koordinasiya Şurası adından Məhsud Məmmədovun yaxınlarına dərin hüznlə başsağlığı verir, Allahdan rəhmət diləyirik", - deyə Elnur Hüseynov bildirib.

E.Hüseynov əlavə edib ki, məhz M.Məmmədovun sayəsində Azərbaycan diasporu regionun aparıcı içtimai təşkilatlarından birinə çevrilib.

"Məhsud Məmmədov Azərbaycanın bütün tarixi günlərini Tula vilayətində qeyd etməklə yanaşı, regionun sosial həyatında da yaxından iştirak edirdi".

Qeyd edək ki, Məhsud Məmmədov 1970-ci ildə anadan olub. Diaspor sədri iki həftə bundan əvvəl COVID-19-a yoluxub. ("Report")


Oxunma sayı: 12849

Oxşar yazılar