Konor Makqreqor karyerasını başa vurdu

  • 14:55 - 07 İyun

İrlandiyanın MMA döyüşçüsü Konor Makqreqor karyerasının başa çatdığını elan edib.

Bu barədə o, özünün “Twitter”dəki hesabında bildirib.

"Salam, uşaqlar, mən döyüşlərdən getməyə qərar verdim. Gözəl xatirələrə görə hamıya təşəkkür", - o, sosial şəbəkədəki hesabında yazıb.

Makqreqor paylaşımına anası Marqaretlə fotosunu da əlavə edib. Foto Las-Veqasda çempionluq uğrunda təkbətək döyüşlərdən birindən sonra çəkilib.(apa)


Oxunma sayı: 8174

Oxşar yazılar