Rusiyada son sutka ərzində daha 8984 nəfərdə koronavirus aşkarlanıb

  • 14:38 - 07 İyun

Rusiyada son sutka ərzində daha 8984 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 467 673 nəfərə çatıb.

Son sutka ərzində 134 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 5859 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 226 731 nəfərdir.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ və Braziliyadan sonra üçüncü yerdə gəlir.


Oxunma sayı: 4907

Oxşar yazılar