Minlərlə insan Corc Floydun cənazə mərasiminə toplaşdı - FOTOLAR

  • 13:12 - 07 İyun

ABŞ-da polis zorakılığı üzündən ölən qaradərili Corc Floyd üçün bu dəfə Şimali Karolinada cənazə mərasimi keçirilib.

Musavat.com xarici KİV-lərə istinadən xəbər verir ki, polisin dizi ilə onun boynunu sıxması nəticəsində dünyasını dəyişən qaradərili Corc Floydun Minnepolisdəki cənazə törəninin ardından doğulduğu Şimali Karolinada da ikinci mərasim keçirilib.

Beləliklə, Corc Floydun cənazəsi Şimali Karolinaya gətirilib. Onu anmaq üçün qohumları, dostları və minlərlə insan mərasimə toplaşıb.
Mərasimin keçiriləcəyi kilsə önünə minlərlə insan toplaşsa da, hər hansı bir aksiyanın keçirilməsinə yol verilməyib.

Məlumata görə, Corc Floydun cənazəsi son olaraq vətəni Texasa göndəriləcək. Orada cənazə mərasiminin iyunun 9-da keçiriləcəyi bildirilir.

 


Oxunma sayı: 9384

Oxşar yazılar