Çində sutkada 6 aktiv koronavirus xəstəsi qeydə alınıb

  • 12:55 - 07 İyun

Materik Çində son 24 saat ərzində 6 yeni koronavirusa yoluxma faktı və 5 asimptomatik xəstələr qeydə alınıb. 

Trend-in məlumatına görə, bu barədə Çinin Dövlət Səhiyyə Nazirliyi bildirib. 

5 aktiv koronavirus xəstəsi xaricdən gəlib, Şanxayda isə bir daxili yoluxma hadisəsi aşkar edilib. Beş asimptomatik haldan dördü "idxal olunub". 

Koronavirusla əlaqəli ölüm hadisəsi baş verməyib. 

Keçən sutka ərzində 3 yeni aktiv koronavirusa yoluxma halı və 2 asimptomatik xəstə qeydə alınıb.


Oxunma sayı: 4544

Oxşar yazılar