Avropa.info xəbər portalının 8 yaşı tamam olur – Məqsədimiz oxucunun diqqətini, marağını və dəyərini qazanmaqdır!

  • 11:45 - 07 İyun

Bu gün Avropa.info xəbər portalının fəaliyyət başlamasından səkkiz il ötür. 

2012-ci ilin iyunun 7-də Avropa.info xəbər portalı ilk xəbərlərini yaymağa başladı. Bu səkkiz ildə xəbərin doğrusunun ardınca düşdük, xəbərdə adı çəkilən tərəflərin mövqeyinin önəmli olduğunu oxuculara göstərdik. Nə qazanmaq istədiksə, oxucuların razılığını qazanmaq qarşımıza qoyduğumuz əsas məqsəd oldu. Buna nə dərəcədə nail olduqsa, saytın kollektivi qiymətləndirə bilməz yəqin ki. Çünki ən ədalətli dəyəri oxucularımız verər. Biz də bu dəyərləndirməni oxucuların öhdəsinə buraxırıq. Oxucuların zövqünə uyğun, onların maraqlarını ifadə edən xəbərlərin olduğunu oxucudan yaxşı bilən olmaz...

Biz yazıların oxunma sayına nəzər saldıqca oxucularımızın da Avropa.info-ya verdikləri dəyəri anladıq. Reytinq cədvəlində Avropa.info-nu ilk onluğa yüksəltmək oxucularımızın bizə verdiyi dəyərdir. Verdiyiniz dəyər üçün sizə təşəkkür edirik, dəyərli oxucular!

Avropa.info xəbərlərində dünyanın, ölkənin, cəmiyyətin gerçək mənzərəsini sərgiləməyə çalışır. Bu illər ərzində çox yüksək səviyyədə fəaliyyət göstərməyin olduqca çətin olduğunu da anlayırıq. Hər gün dünənkindən daha təkmil xəbərlərin yayımlanmasına çalışırıq. Sabah bugünkündən daha kamil səviyyəyə çatmaq üçün əlimizdən gələni etmək üçün bütün imkanlarımızı səfərbər edirik.

Avropa.info-nun kollektivi səkkiz il müddətində komptyüterlərinin önündə saytımızı izləməkdə olan bütün oxucuları təbrik edir!


Oxunma sayı: 3576

Oxşar yazılar