Torontoda irqçiliyə qarşı daha bir yürüş keçirilir

  • 11:10 - 07 İyun

Bir neçə min insan Kanadanın Toronto şəhərində baş verən polis vəhşiliyinə, irqçiliyə və azlıqların sistematik ayrıseçkiliyinə qarşı etiraz yürüşündə iştirak edir. 

Trend-in məlumatına görə, bu barədə "CBC" telekanalı bildirib. 

Aksiya dinc şəkildə keçirilir, aksiyanın təhlükəsizliyi polis əməkdaşları tərəfindən təmin edilir. 

Qeyd edək ki, bənzər aksiya iyunun 5-i Torontoda dinc şəkildə keçirilmişdi. Həmin gün Ottavada minlərlə insanın iştirakı ilə yürüş keçirilib. Yürüşdə Kanadanın Baş naziri Castin Trüdo da iştirak edib. O etirazçılarla birlikdə ABŞ-da öldürülən afroamerikalı Corc Floydun xatirəsinə diz çökdü.


Oxunma sayı: 6810

Oxşar yazılar