“Barselona” Dembeleni transferə çıxarıb

  • 10:35 - 07 İyun

İspaniyanın “Barselona” Futbol Klubu (FC Barcelona) Usman Dembeleni transferə çıxarıb.

Bu barədə İspaniyanın “Diario Sport” qəzeti məlumat yayıb.

Mənbəyə görə, klub fransız futbolçunu yayın sonunda satmaq niyyətindədir. Transfermarkt portalı oyunçunu 56 milyon avro dəyərində qiymətləndirir.

23 yaşlı Dembelenin “Barselona” ilə hazırkı müqaviləsi 2022-ci il iyunun 30-dək qüvvədədir. 

Bu mövsüm bütün turnirlərdə İspaniya klubu üçün 9 matç keçirən futbolçu bir qol vurub.(report)


Oxunma sayı: 7580

Oxşar yazılar