Son dəqiqə : Türkiyə dəstəkli Liviya ordusu strateji əhəmiyyətə malik şəhəri və daha bir bölgəni Haftar muzdlularından təmizlədi

  • 00:38 - 07 İyun

Türkiyənin rəsmən hərbi dəstək verdiyi Liviya ordusu strateji əhəmiyyətli Sirte şəhərinin qərbindəki Vişke bölgəsini Birləşmiş Ərəb Əmirlikləri, Misir və Rusiyanın dəstəklədiyi qiyamçı Haftar muzdlularından geri alıb.  

Avropa.info xəbər verir ki, bu haqda Liviya ordusu açıqlama yayıb. 

Açıqlamada, Vişke bölgəsinin Liviyya Milli Barışıq Hökumətinin nəzarətinə keçdiyi bildirilib. 

Bu dəqiqələrdə isə strateji əhəmiyyətə malik Sirte şəhəri də qiyamçı Haftar muzdlularından azad edilib. Xəbəri Türkiyə mətbuatı yayıb. 

Paytaxt Tripolidən 450 km şərqdə yerləşən Sirte şəhəri strateji əhəmiyyətə malikdir. Aralıq dənizi sahillərində yerləşən Sirte şəhərinin 100 min əhalisi olduğu bildirilir. 

Qeyd edək ki, Türkiyənin Liviyada rəsmən qanuni Sərrac hökumətinə dəstək verməsindən sonra, qiyamçı Haftar güclərinə qarşı genişmiqyaslı əməliyyat həyata keçirilir. Hərbi əməliyyatlar nəticəsində Liviya ordusu paytaxt Tripoli ətrafı və bəzi bölgələrdə nəzarəti ələ keçirib.   

Avropa.info


Oxunma sayı: 9406

Oxşar yazılar