Türkiyədə son 24 saatda koronavirusdan 26 nəfər ölüb

  • 23:30 - 06 İyun

Son bir gündə Türkiyədə daha 21 nəfər koronavirusdan ölüb.

Bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca bildirib.

O qeyd edib ki, bununla da ölkədə koronavirus qurbanlarının sayı 4 669 nəfərə çatıb.

Ötən bir gündə ölkədə daha 878 nəfərdə COVID-19 aşkarlanıb. Bununla da koronavirusa yoluxanların ümumi sayı 169 218 nəfərdir.

Son sutkada 1 922 nəfər sağalaraq evə buraxılıb. Bununla da ölkədə virusdan sağalanların ümumi sayı 135 322 nəfərə çatıb.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 303 258 test aparılıb.

 


Oxunma sayı: 2696

Oxşar yazılar