Qazaxıstan prezidentinin mətbuat katibi koronavirusa yoluxdu

  • 22:20 - 06 İyun

Qazaxıstan Respublikasının prezidenti Kasım-Jomart Tokayevin mətbuat katibi Berik Uali koronavirusa yoluxub.

Bu barədə Berik Uali özünün “Facebook” səhifəsində yazıb.

“Təəssüf ki, son tədbirlərə baxmayaraq koronavirusla bağlı testim müsbət nəticə verib. Hazırda həkimlərin nəzarəti altında xəstəxanadayam. Vəziyyətim qənaətbəxşdir. 

Dərhal demək istəyirəm ki, prezident Kasım-Jomart Tokayev qrafikə uyğun olaraq işini davam etdirir, sağlamlığına heç bir təhdid yoxdur”.(report)


Oxunma sayı: 3037

Oxşar yazılar