OPEC+ neft hasilatının azalmasını bir ay uzadıb - YENİLƏNİB

  • 21:47 - 06 İyun

OPEC+ölkələri nazirlərinin onlayn görüşü başa çatıb.

APA-nın xəbərinə görə, iclasda hasilatın azaldılmasının bir ay, yani iyul ayının axırına qədər uzadılması barədə razılığa gəlinib. 

***

18:40

Bu gün OPEC+ iclasının yekun kommunikesinə əsasən, OPEC+ ölkələri bu günki görüşdə böyük ehtimalla hasilatın azaldılmasının bir ay, yani iyul ayının axırına qədər uzadılması barədə razılığa gələcəklər.

OPEC+ hasilatı aprel ayında təsdiqlənmiş plana əsasən 100% azaltmayan ölkələrə (İraq və Nigeriya) iyul - sentyabr aylarında öhdəliklərini tam şəkildə yerinə yetirmələrini tapşıracaq.

Sənədə əsasən, iclasda iştirak edən ölkələr əvvəlki öhdəliklərini təsdiqləyir, həmçinin bütün əsas neft istehsalçılarını OPEC və sazişdə iştirak edən digər ölkələrin səylərini nəzərə alaraq neft bazarının sabitləşməsinə mütənasib töhfə verməyə çağırır.

OPEC-də olan iki mənbə azalmanın bir aylıq uzadılmasına razı olduqlarını söyləyib. 


Oxunma sayı: 3488

Oxşar yazılar