ABŞ-da koronavirusa yoluxanların sayı 1,8 milyona çatdı

  • 21:12 - 06 İyun

ABŞ-da son sutka ərzində koronavirusa 24 min 720 yeni yoluxma faktı qeydə alınıb.

Bu barədə Con Hopkins Universiteti məlumat yayıb.

Bildirilib ki, bununla da ölkədə virusa yoluxanların sayı 1 milyon 800 min nəfərə çatıb.

Pandemiya qurbanlarının sayı isə 921 nəfər artaraq 109 mini keçib. İndiyə kimi 491 min xəstə sağalıb.


Oxunma sayı: 5314

Oxşar yazılar