Naxçıvan qarnizonu qoşunlarında gənc əsgərlərin andiçmə mərasimi keçirilib

  • 20:56 - 06 İyun

Əlahiddə Ümumqoşun Orduda gənc əsgərlər Vətənə sədaqət andı içiblər.

Müdafiə Nazirliyindən Avropa.info-ya bildirilib ki, andiçmə mərasimində Azərbaycan Respublikasının Dövlət himni səslədirildikdən sonra gənc əsgərlər hərbi andı qəbul ediblər.

Mərasimdə çıxış edənlər gənc əsgərləri təbrik ediblər və əsgərlər də Vətənə sadiq olacaqlarına söz veriblər.

Çıxışların ardından general-mayor Teymur Eyyubov Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-leytenant Kərəm Mustafayevin təbrikini şəxsi heyətə çatdırıb. Bildirilib ki, Vətənin bacarıqlı müdafiəçisi olmaq üçün hər bir əsgər hərbi andın tələblərini şüurlu surətdə yerinə yetirməli, intizamlı, vicdanlı və cəsarətli olmalı, ona həvalə edilmiş silah və texnikanı dərindən öyrənməli, Vətən qarşısında öz hərbi andı ilə öhdəsinə götürdüyü əsgəri borcunu ləyaqətlə yerinə yetirməlidir.

Tədbir şəxsi heyətin təntənəli keçidi ilə başa çatıb.

 


Oxunma sayı: 2223

Oxşar yazılar