“Taliban" 38 əfqan əsgərini azad edib

  • 20:06 - 06 İyun

“Taliban” 38 əfqan əsirini azad edib. 

Bu barədə “Taliban”ın Qətərdəki siyasi ofisinin rəsmi nümayəndəsi Süheyl Şahin “Twitter”də bildirib: “Bu gün “Taliban” həbsxanalarından 38 əsgər və polis azad edildi”. 

Qeyd edək ki, mayın 11-də Əfqanıstan hakimiyyəti “Taliban” döyüşçülərinin həbsxanalardan azad edilməsi prosesinin müvəqqəti olaraq dayandırıldığını bəyan edib. Buna səbəb “Taliban” üzvləri tərəfindən əsir götürülmüş əfqan hərbçilərinin verilməsinin təxirə salınması olub. Həmin vaxt Milli Təhlükəsizlik Şurasının nümayəndəsinin verdiyi açıqlamaya görə, hakimiyyət həbsxanadan minlərlə “Taliban” üzvünü azad etdiyi halda, “Taliban” hərəkatı əsir götürdüyü hərbi qulluqçudan cəmi 105-ə yaxınını təhvil verib. 

Xatırladaq ki, fevralın 29-da ABŞ və “Taliban” arasında sülh sazişi imzalanıb. Bu saziş əsasında Əfqanıstandakı qüvvələr arasındakı danışıqlar hələ martın 10-dan başlamalı idi. Qarşılıqlı etimad yaratmaq məqsədi ilə həbsxanada olan 5 minə yaxın “Taliban” üzvü, min nəfərə yaxın isə “Taliban” tərəfindən əsir götürülmüş şəxslər azad edilməli idilər. 


Oxunma sayı: 5248

Oxşar yazılar