Azərbaycanda indiyədək 7239 nəfər koronavirusa yoluxub, 4024 nəfər sağalıb - 84 nəfər vəfat edib

  • 18:04 - 06 İyun

Azərbaycanda indiyədək koronavirus infeksiyasına yoluxanların və infeksiyadan sağalanların sayı açıqlanıb.

Avropa.info xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Hazırkı dövrədək ölkədə 7239 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 4024 nəfər müalicə olunaraq sağalıb, 84 nəfər vəfat edib, 3131 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. 

Həmin şəxslərdən 72 nəfərin vəziyyəti ağır, 86 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.


Oxunma sayı: 18701

Oxşar yazılar