Suriyada partlayış: 2 uşaq öldü

  • 16:30 - 06 İyun

Suriyanın şimalındakı Ras əl-Ayn şəhərində baş verən partlayışda iki uşaq ölüb, daha üç mülki şəxs yaralanıb.

Avropa.info APA-ya istinadən bildirir ki, bu barədə Suriyanın dövlət agentliyi "SANA" məlumat yayıb.

Məlumata görə, axşam saatlarında türk hərbi qüvvələrinin və onların yerli tərəfdarlarının yerləşdiyi şəhərdə avtomobilə quraşdırılmış bomba partladılıb. Partlayış xəstəxana binasının yaxınlığında baş verib.


Oxunma sayı: 5534

Oxşar yazılar