Manaf Ağayev bahalı avtomobillərindən danışdı

  • 15:53 - 06 İyun

Son günlər sosial şəbəkədə paylaşdığı bahalı avtomobilləri ilə müzakirələrə səbəb olan müğənni Manaf Ağayev məsələyə aydınlıq gətirib. 

Avropa.info xəbər verir ki, ATV telekanalında yayımlanan "7 Canlı” verilişinin qonağı olan ifaçı maşının əslində ucuz olduğunu açıqlayıb: "Avtomobili kiçik oğlum Müşfiq üçün almışam. İnsanlar elə düşünürlər ki, bu avtomobil çox bahalıdır, belə deyil. Qiymətini açıqlamaq istəmirəm. Bircə onu deyə bilərəm ki, idman avtomobilinin ili köhnədir. Çox ucuz maşındır”. 

Qeyd edək ki, şou-biznesin ən zəngin müğənniləri sırasında adı çəkilən M.Ağayev tez-tez villaları və lüks avtomobilləri ilə gündəmə gəlir.


Oxunma sayı: 2454

Oxşar yazılar