Türkiyədə avtobus qəzası: 20-yə yaxın yaralı var

  • 13:39 - 06 İyun

Türkiyənin Ərzincan vilayətində avtobus qəzaya uğrayıb.

Avropa.info xəbər verir ki, avtobusun aşması nəticəsində 19 nəfər xəsarət alıb.

Xəsarət alanların hamısı xəstəxanaya yerləşdirilib. Onlardan beş nəfərin vəziyyəti ağır olaraq dəyərləndirilir.

Qeyd olunur ki, qəzaya sürücünün idarəetməni itirməsi səbəb olub.


Oxunma sayı: 3224

Oxşar yazılar