Müəllimlərin nəzərinə! – Sənəd qəbulu başa çatdı

  • 12:30 - 06 İyun

Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə elektron sənəd qəbulu başa çatıb.

Təhsil Nazirliyindən Avropa.info-ya verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün 10068 namizəd elektron qeydiyyatdan keçib, onlardan 6871 nəfəri elektron ərizəsini təsdiq edib.

Hazırda elektron ərizələrin yoxlanılması prosesi həyata keçirilir. İyun ayı ərzində elektron yerləşdirmənin nəticələri namizədlərin şəxsi səhifələrinə göndəriləcək.


Oxunma sayı: 2080

Oxşar yazılar