Səudiyyə Ərəbistanında yoluxma sayında kəskin artım - Komendant saatı bərpa olundu

  • 11:39 - 06 İyun

Səudiyyə Ərəbistanı hakimiyyəti ölkənin qərb hissəsinin ən böyük şəhəri Ciddədə iki həftəlik komendant saatını bərpa edib.

Avropa.info xəbər verir ki, komendant saatının bərpa olunmasına səbəb kimi koronovirusa yoluxma sayında qeydə alınan kəskin artımdır. Bu güdən etibarən komendant saatı 15:00-dan səhər 6:00-dək müddəti əhatə edəcək. 

Xatırladaq ki, Səudiyyə krallığı may ayının sonunda komendant saatını götürmüş, Məkkə xaric məscid və şirkətlə açılmışdı. 

Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə 95,7 min yoluxma qeydə alınıb. Keçən sutka ərzində isə bu rəqəm 2591 hal olub. Ölüm halı 31 nəfər artaraq 642 olub.


Oxunma sayı: 6854

Oxşar yazılar