BMT TŞ Liviyaya silah embarqosunu daha 1 il uzatdı

  • 10:48 - 06 İyun

BMT Təhlükəsizlik Şurası Liviyaya silah tədarükünə qoyulan embarqonu daha 1 il uzadıb.

Avropa.info xəbər verir ki, sənəd dünən BMT TŞ-nın videokonfrans formatında keçən iclasında qəbul olunub. Qətnamə Liviya sahillərində üzən gəmilərin yoxlanılmasını nəzərdə tutur.

Xatırladaq ki, BMT Liviyaya silah satışını qadağa edən qətnaməni 2011-ci ilin mart ayında qəbul edib. Qadağa o vaxtdan bəri hər il uzadılır.


Oxunma sayı: 4291

Oxşar yazılar