Britaniyada COVID-19 qurbanlarının sayı 40 mini keçib

  • 22:17 - 05 İyun

Böyük Britaniyada koronavirusdan ölənlərin sayı 40 mini keçib.

Britaniya hökumətinin açıqlamasında son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 357 nəfərin vəfat etdiyi deyilir.

Bununla da Britaniyada indiyədək koronavirusdan ölənlərin sayı 40 261 nəfərə çatıb. Ümumilikdə koronavirusa yoluxanların sayı isə son sutka ərzində 1650 nəfər artaraq 283 311 nəfərə çatıb.(apa)


Oxunma sayı: 4192

Oxşar yazılar