Rusiyada koronavirusdan ölənlərin sayı 5,5 mini ötdü

  • 21:10 - 05 İyun

Rusiyada son bir gündə daha 8 726 nəfərə COVID-19 diaqnozu qoyulub.

Bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 449 834 nəfərə çatıb.

Ölkədə virusdan ölənlərin sayı isə daha 144 nəfər artaraq 5 528-ə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 212 680 nəfər sağalıb.

Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 1 855 nəfər.


Oxunma sayı: 5666

Oxşar yazılar