Çexiya Rusiyanın diplomatlarını “persona non qrata” elan etdi

  • 20:38 - 05 İyun

Çexiya hökuməti Rusiyanın Praqadakı səfirliyinin iki əməkdaşını “persona non qrata” elan edib.

Bu barədə Çexiya baş naziri Andrey Babiş bildirib.

“Biz suveren dövlətik və bu cür hərəkətlər bizim üçün qəbuledilməzdir. Belə vəziyyətdə Rusiya səfirliyinin iki əməkdaşını “arzuolunmaz şəxslər” siyahısına əlavə edilməsinə qərar verdik”, - aş nazir deyib.

Qeyd edək ki, yerli KİV-də Rusiyanın çexiyalı siyasətçiləri zəhərləməklə hədələməsi iddiası dərc edilib.

Rusiyanın Çexiyadakı səfirliyi bunu “uydurma təxribat” adlandırıb.

Federasiya Şurasının Beynəlxalq işlər üzrə komitə sədrinin birinci müavini Vladimir Cabarov bəyan edib ki, Rusiya Praqanın bu qərarına eyni formada cavab verəcək.(report)


Oxunma sayı: 2014

Oxşar yazılar