Dövlət Reklam Agentliyində işçilərin sayı artırılıb

  • 18:35 - 05 İyun

2019-cu il ərzində Azərbaycan Dövlət Reklam Agentliyində (ADRA) 492 nəfər işçi çalışıb.

Avropa.info xəbər verir ki, bu barədə ADRA-nın 2019-cu il üzrə hesabatında bildirilib.

Qeyd olunub ki, işçi sayı 2018-ci il ilə müqayisədə 65% artıb. Fevral ayında Tovuz, Şamaxı, Ağcabədi RRİ-lər ləğv olunsa da, onlara aid ştat sayı saxlanılıb. 

ADRA-nın Aparat üzrə 8 nəfər, Bakı ŞRİ üzrə 34, Sumqayıt RRİ üzrə 11, Gəncə RRİ üzrə 21, Lənkəran RRİ üzrə 6, Bərdə RRİ üzrə 18, Şəki RRİ üzrə 10, Quba RRİ üzrə 1, Şirvan RRİ üzrə 17, "İnnova" MMC üzrə 10, "ARTREKLAM" MMC üzrə 26 nəfər işə qəbul edilib. 

Agentliyin elan etdiyi Təcrübə Proqramı vasitəsilə 40 gənc fəaliyyətə cəlb olunmuş və onlardan 11-i il ərzində Aparatın İnformasiya texnologiyaları şöbəsində, 19-ı Bakı ŞRİ-də, 2-i isə Sumqayıt RRİ-də uzunmüddətli işlə təmin ediliblər.


Oxunma sayı: 14059

Oxşar yazılar