Azərbaycanda indiyədək 6860 nəfərdə koronavirus aşkarlanıb, 3871 nəfər sağalıb, 82 nəfər vəfat edib

  • 18:22 - 05 İyun

Hazırkı dövrədək Azərbaycanda 6860 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3871 nəfər müalicə olunaraq sağalıb, 82 nəfər vəfat edib, 2907 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avropa.info-ya verilən məlumata görə, həmin şəxslərdən 66 nəfərin vəziyyəti ağır, 73 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 328.385 test aparılıb.


Oxunma sayı: 8680

Oxşar yazılar