Türkiyədən daha 144 azərbaycanlı Bakıya gətirildi – Foto

  • 18:00 - 05 İyun

İyunun 5-də "Azərbaycan Hava Yolları" QSC (AZAL) Ankaradan Bakıya çarter reysi həyata keçirib. Həmin reyslə 144 nəfər Azərbaycan vətəndaşı Bakıya çatdırılıb.

AZAL-dan Avropa.info-ya verilən məlumata görə, ölkəyə gələn bütün sərnişinlər mütləq qaydada karantinə yerləşdirilib.

Qeyd edək ki, həmyerlilərimizin vətənə çatdırılması üçün çarter reysləri AZAL tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun həyata keçirilir.

 

 

 

 

 


Oxunma sayı: 5457

Oxşar yazılar