Xəzərin suyu Kür çayına qarışdı – İçməli su təminatında problem yarandı

  • 17:52 - 05 İyun

Son günlərdə Xəzər dənizində küləyin sürətinin artması və Kür çayında suyun səviyyəsinin düşməsi ilə əlaqədar olaraq dəniz suyu Kür çayının şirin suyuna qarışıb.

Neftçala rayon İcra Hakimiyyətindən Avropa.info-ya verilən məlumata görə, qarışma nəticəsində Kürün aşağı axarında yerləşən Sübh, Qırmızı Şəfəq, Yenikənd, 1 №-li Mayak, 2 №-li Mayak kəndlərində içməli su təminatı ilə bağlı problem yaranıb:

"Nəzərinizə çatdırmaq istərdik ki, məsələ Neftçala Rayon İcra Hakimiyyətinin nəzarətindədir və ⁣"Azərsu" Açıq Səhmdar Cəmiyyəti ilə birlikdə problemin aradan qaldırılması istiqamətində regional bölmələr və yerli qurumlar tərəfindən müvafiq tədbirlər həyata keçirilir".


Oxunma sayı: 5545

Oxşar yazılar