Haftar muzdluları daha bir şəhəri qoyub qaçdı

  • 16:53 - 05 İyun

Son günlər ard-arda məğlubiyyətlər alan qiyamçı general Xəlifə Haftara məxsus muzdlu dəstələri Bəni Vəlid şəhərini tərk ediblər.

Avropa.info xəbər verir ki, bu barədə Bəni Vəlid şəhərinin bələdiyyə sədri Salim Nevir açıqlama verib. Hökumət qüvvələri şəhər aerodromuna daxil olublar.

Liviya ordusu Baş Qərargah rəisi Məhəmməd əş-Şərif Haftar qüvvələrinin ölkənin mərkəzində yerləşən Cufra şəhərinə doğru çəkildiyini bildirib.


Oxunma sayı: 8735

Oxşar yazılar