İş yerini dəyişmək istəyən müəllimlərə xəbərdarlıq

  • 16:48 - 05 İyun

Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumtəhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə elektron sənəd qəbulu bu gün başa çatır.

Nazirlikdən Avropa.info-ya verilən məlumata görə, müsabiqədə iştirak etmək istəyən namizədlər bu gün saat 23:59-dək www.miq.edu.az/yerdeyishme linki vasitəsilə qeydiyyatdan keçməlidirlər.

Qeyd olunan tarixədək elektron ərizəsini təsdiqləmiş namizədlər elektron yerləşdirmədə iştirak edə biləcəklər.


Oxunma sayı: 4599

Oxşar yazılar