Akif Təvəkküloğlu Milli Məclisə qayıtdı

  • 16:41 - 05 İyun

Milli Məclisin Mətbuat Xidmətinin keçmiş rəhbəri Akif Təvəkküloğlu (Nəsirli) parlamentdə işə başlayıb.

"Report”un əldə etdiyi məlumata görə, A.Təvəkküloğlu hazırda Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsində işə düzəlib.

Qeyd edək ki, Milli Məclisdə aparılan kadr və struktur islahatları çərçivəsində A.Təvəkküloğlu Milli Məclisin Mətbuat Xidmətinin rəhbəri vəzifəsindən azad edilib və həmin şöbə ləğv edilib.

Milli Məclisin Sədri Sahibə Qafarovanın müvafiq sərəncamı ilə yeni Milli Məclis Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi yaradılıb. Həmin şöbəyə isə Ceyhun Əli (Ceyhun Əliyev) müdir təyin olunub.


Oxunma sayı: 4258

Oxşar yazılar