BƏƏ-nin Haftara verdiyi yüz milyonlarla dollarlıq silah və texnika Liviya ordusunun əlinə keçdi - FOTO

  • 16:18 - 05 İyun

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Liviyanın şərqindəki qeyri-qanuni silahlı birləşmələrə başçılıq edən Xəlifə Haftara göndərdiyi yüz milyonlarla dollar dəyərində silah-sursat və hərbi texnika Liviya ordusunun əlinə keçib.

Avropa.info xəbər verir ki, son 72 saat ərzində ard-arda uğurlar əldə edən Liviya ordusu Haftar muzdlularının qoyub qaçdığı silah anbarlarını da ələ keçirib. Anbarlardan BƏƏ-nin verdiyi “Manpad” adlanan yer-hava tipli FN-6 raketləri çıxıb. Eyni zamanda sandıqlarda saxlanılan minaatan və “Qrad” raketləri, SPG-9 və “Kornet” tipli tank əleyhinə raketlər ələ keçirilib.

Haftar muzdlularına verilən minaatan, səhra topu, raket, zenit qurğuları və artilleriya batareyalarının çoxluğu diqqət çəkib.

Liviya ordusunun apardığı “Qəzəb vulkanı” əməliyyatının paylaşdığı görüntülərdə Haftar muzdlularına geri çəkilərkən texnikanı yandırmaq əmrinin verildiyi deyilir. Haftar tərəfdarları yüzlərlə zirehli texnikanı yandıraraq qaçıblar.

Azad edilən vertolyot meydançasında Qəddafi dövründən qalmış xeyli sayda vertolyot geri alınıb.

Liviya ordusunun bu gün təmizlədiyi Tərxunə vilayətində isə ilkin məlumatlara görə, onlarla tank, zirehli texnika və silah anbarları ələ keçib.

Qeyd edək ki, 18 may tarixində ələ keçirilən Vatiyyə aerodromunda Rusiyanın BƏƏ-yə satdığı 9 “Pantsir” HHM sistemi məhv edilmiş, bir “Pantsir” işlək vəziyyətdə ələ keçirilmişdi. “Pantsir”lərin hər birinin qiyməti 14,7 milyon dollar dəyərində qiymətləndirilir.


Oxunma sayı: 22298

Oxşar yazılar