Ermənistanda koronavirusdan ölənlərin sayı 183-ə çatıb

  • 15:54 - 05 İyun

Ermənistanda daha 596 nəfərdə koronavirus aşkarlanıb.

Bu məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bildirilib ki, bununla da Ermənistanda virusa yoluxanların sayı 11 817-yə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 7 nəfər artaraq 183-ə çatıb. Bildirilib ki, indiyədək 3 513 nəfər infeksiyadan sağalıb. Hazırda Ermənistanda 8 052 aktiv koronavirus xəstəsi var.


Oxunma sayı: 4643

Oxşar yazılar