ABŞ-dakı iğtişaşlar Meksikaya sıçradı – Etirazçılar zorla parlament binasına girdilər (FOTO)

  • 15:24 - 05 İyun

Amerikalı zənci Corc Floydun polis zorakılığı nəticəsində öldürülməsindən sonra dünya miqyasında polis zorakılığına qarşı aksiyalar keçirilir.

Avropa.info xəbər verir ki, Meksikanın Xalisko ştatının paytaxtı Qvadalaxara şəhərində yüzlərlə adam maska taxmadığı üçün saxlanılarkən döyülən və daha sonra ölən 30 yaşlı Covanni Lopez üçün küçələrə çıxıb.

Şəhərdəki əyalət parlamenti binası qarşısında yığışan yüzlərlə etirazçı “Lopez üçün ədalət” şüarı ilə yürüş keçirib. Sülhpərvər etirazlar ilə yanaşı bir qrup parlament binasına gorməyə cəhd edərək, polislə toqquşub. Etirazçılar və polis arasında çıxan münaqişədə polis maşınları yandırılıb. Əyalət parlamenti binasına girən etirazçıları divarları spreylə boyayıblar.

Qeyd edək ki, 4 mayda Xalisko əyalətində inşaatda fəhlə kimi işləyən Lopez maska taxmadığı üçün polis tərəfindən saxlanılıb. Kamera görüntülərində polisin Lopezə qarşı gücdən istifadə edərək maşına mindirmək istədiyi əks olunmuşdu. Hadisə ölkə gündəminə çevriləndən sonra polislər haqda istintaq başlamışdı.


Oxunma sayı: 11815

Oxşar yazılar