Liviya ordusu “Qəzəb vulkanı” əməliyyatının yeni hədəflərini açıqladı

  • 14:41 - 05 İyun

Xəlifə Haftarın qeyri-qanuni silahlı birləşmələrini Tərxunə şəhərindən təmizləyən Liviya ordusu yeni hədəflərini açıqlayıb.

Avropa.info xəbər verir ki, Liviya hökumətinin apardığı “Qəzəb vulkanı” əməliyyatının sözçüsü Mustafa əl-Məcai verdiyi açıqlamada “Yeni həfəfimiz Sirte, Cufra və ölkənin cənubundakı neft yataqlarıdır” deyib.

Qeyd edək ki, Liviya ordusu bu gün Tərxunə şəhərini Haftar muzdlularından azad edərək, nəzarəti tam bərpa edib.


Oxunma sayı: 5017

Oxşar yazılar